Ana səhifə

|

Haqqımızda

Global Consulting Service

GCS komandası olaraq 2022-ci ildən fəaliyyətə başlamışıq. Fəaliyyətə başladığımız ilk günlərdən müştərilərimizə Çin və dünyanın bir sıra olkələrindən yüklərin etibarlı daşınma xidmətini, müştərilərimizə məhsul araşdırması, sərgilərdə təmsilçilik, zavod və sərgi turları, çin dilinin müxtəlif dillərə (azərbaycan, türk, rus, ingilis və s.) tərcümə xidmətini və digər xidmətləri göstərmişik. Topladığımız təcrübələrə əsaslanaraq və müxtəlif ölkələrin o cümlədəndə azərbaycanlı iş adamlarının çinə olan axınını nəzərə alaraq yeni, operativ və daha sadə olan məhsul araşdırma xidmətini sizin istifadənizə verdik. Qısaca deyə bilərik ki, bundan sonra işlərinizi bizə həvalə edib artıq xərclərdən azad olacaqsınız. Ümid edirik ki, bundan sonra təcrübəli komandamız ilə nəinki Azərbaycan, həmçinin dünyanın bütün ölkələrinin biznes adamlarının da yararlanmasına nail olacağıq.

Öncəliklərimiz

Niyə biz?

GCS şirkəti olaraq etibarlılığımız və şəffaflığımız ən əsas dəyərlərimizdəndir. Müştərilərimizin şəxsi, şirkət və alacağı malın məlumatlarının tam məxfiliyinə təminat veririk. Bizə həvalə etdiyiniz işi başdan sona kimi bütün prosedurları öz nəzarətimizə götürməklə işlərinizi güvəncəyə alıb və asanlaşdırırıq.

Təcrübəli komanda və münasib qiymət

Şirkətimiz yüksək ixtisaslı idarə heyəti, təcrübəli menecerləri və 24 saat xidmətinizdə olan komandamızla sizlərin xidmətinizdəyik. Axtardığınız malı ən sərfəli və ən münasib qiymətlərə tapılıb və tam şəffaflıqla sizlərə təklif edirik.

Daşınmanın təşkili

Çin, Hindistan, Koreya, Gürcüstan və digər ölkələrdən tam təhlükəsiz daşnmaları həyata keçiririk. Müştərilər üçün ən münasib daşınma vasitəsinin seçilib və müştəriyə tam təhlükəsiz çatdırılmasına zəmanət veririk.

Sərgi turları

Dünyanın ən nüfuzlu sərgilərinin mütəmadi olaraq Çində keçirilməsini nəzərə alıb sizlər üçün sərgi turları təşkil edirik. Bunlara Quancou Kanton sərgisi, Şanxay Qida sərgisi, Bauma sərgisi, Şanxay Mebel sərgisini və başqalarını misal göstərmək olar.